Bir müddət əvvəl “Sabah”dan ayrılan Rocer Roxas karyerasını Kolumbiyada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu “Deportes Tolimo”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Roxasla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Roxas “Sabah”a bu ilin avqustunda keçmişdi. 29 yaşlı futbolçu “Sabah”da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qolla yadda qalmışdı.

Shares: