Adı Azərbaycan milli komandası ilə hallanan Robert Prosineçki Türkiyədə çalışa bilər.
Futbolinfo.az “fotomac.com.tr” saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis “Kayserispor” klubunda baş məşqçi postuna gətirilə bilər. Super Liqa təmsilçisinin nümayəndələrinin artıq Prosineçki ilə əlaqə qurduğu bildirilir.
Robert Prosineçki 2012/13 mövsümündə “Kayserispor”u çalışdırıb. Xorvat mütəxəssis Super Liqa təmsilçisindən sonra Azərbaycan yığmasına rəhbərlik edib (2014-2017).
Son iş yeri Bosniya və Herseqovina milli komandası olan Prosineçkinin Azərbaycan yığmasına da yenidən rəhbərlik edəcəyi iddia olunur.