“Barselona”nın futbolçusu Karles Alenya qış transfer pəncərəsi dövründə komandadan ayrılacaq.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Betis”ə keçəcək. 

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, tərəflərin artıq razılıq əldə etdiyi və Alenyanın mövsümün sonunadək Əndəlüs təmsilçisində forma geyinəcəyi bildirilir.

“Barselona”nın yetirməsi olan yarımmüdafiəçi bu mövsüm 5 oyuna çıxıb.

Shares: