Almaniyanın “Volfsburq” klubunun sabiq futbolçusu Sergey Kərimov vəfat edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sabiq müdafiəçi 33 yaşında vəfat edib.
“Volfsburq”un yetirməsi olan Kərimov 2007-2011-ci ildə bu komandanın şərəfini qoruyub. Son olaraq Almaniyada “Lyopo-Martini” klubunda forma geyinən Kərimov, 2014-cü ildə karyerasını bitirmişdi.
Qazaxıstanlı futbolçu ölkəsinin millisinə bir neçə dəfə dəvət alsa da, yalnız bir dəfə yığma formasıyla meydanda olub.