“Arsenal”ın keçmiş futbolçusu Tyerri Anri İngiltərə Premyer Liqasındakı çempionluq yarışından danışıb.
Futbolinfo.az xəbər verir ki, “Metro” nəşrinə danışan Anri, “Liverpul”un çempion olacağını deyib:
“Mənim üçün Premyer Liqada çempionluq yarışı bitdi. Bu, sadəcə vaxtla bağlı idi. Bundan sonra “Liverpul” dayanmaz. “Lester”i də məğlub etdilər və daha dayanmayacaqlar. Çempionluqlarını isə son oyundan sonra qeyd edəcəklər.
“Liverpul” azarkeşi deyiləm, ancaq onların oyun tərzini çox sevirəm”.
“Liverpul” Premyer Liqada hazırda 52 xalla liderdir.