Futzal üzrə Azərbaycan millisinin üzvü Eduardo Borges Fransa futzal liqasında çıxış edən ən yaxşı 5 legionerdən biri seçilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə ki, ilin yekunu ilə əlaqədar səsvermə keçirilib. Yekunda millimizin üzvü “5-lik”də yer alıb. 

Qeyd edək ki, Eduardo 2018-ci ilin yayından Fransanın "Access Futsal" klubunda çıxış edir.

Shares: