Almaniya çempionu “Bavariya” daha bir futbolçusu ilə müqaviləsini yeniləyib.

Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisi bu dəfə 20 yaşlı yarımmüdafiəçisi Adrian Fayn ilə yeni anlaşma əldə edib.

Tərəflər 2023-cü ilin yayına qədər davam edəcək müqaviləyə imza atıblar. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.

Almaniyanın U-21 yığmasının üzvü olan Fayn ötən mövsüm “Yan Regensburq”da icarədə olub. Bu mövsüm isə o, ikinci Bundesliqada mübarizə aparan “Hamburq”da icarədə əsasında çıxış edir.

Shares: