UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb.

Futbolinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına aşağıdakı siyahıya uyğun olaraq UEFA-dan ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb:

Neftçi – 56,794.43 avro
Səbail – 56,794.43
Qəbələ – 56,794.43
Zirə – 56,794.43
Sumqayıt – 56,794.43
Sabah – 56,794.43
Keşlə – 56,794.43

Qeyd: “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Shares: