Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə klubunu dəyişib.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu Rusiya klubu "Yenisey"ə keçib.
Yığmamızın üzvü yeni komandasına Krasnodar "Kubanoçka"sından keçib. 2017-ci ildə "Donçanka"ya keçən Cəfərzadə ötən ilin əvvəlində "Kubanoçka"nın yolunu tutub. O, bu komandada keçirdiyi 12 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Yenisey"ə azad agent kimi keçən Sevinc Cəfərzadə yeni klubu ilə 1 illik müqavilə imzalayıb.