“Səbail”in Tükiyədəki təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi qardaş ölkədə 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Aftandil Hacıyevin çalışdırdığı kollektiv Qazaxıstanın “Jetısu” (15 yanvar), Ukraynanın “Olimpik” (Donetsk, 18 yanvar), Rumıniyanın “Voluntari” (21 yanvar) və Polşanın “Korona” (25 yanvar) klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, “Səbail” qış fasiləsinə 12 xalla sonuncu pillədə yollanıb.

Shares: