Avropa Liqasının pley-off mərhələsində səfərdə “Legiya” ilə qarşılaşacaq “Qarabağ” bu gün yola düşəcək. Səfər proqramında dəyişiklik yoxdu və  komanda saat 17:00-da çarter reysi ilə Polşaya gedəcək.

Oktyabrın 1-i keçiriləcək “Legiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu matçda qələbə təmsilçimiz üçün çox vacibdi. Qalibin qrup mərhələsinə vəsiqə qazanacağı oyunda çempionumuzun uğuru hazırkı dönəmdə ən arzuolunandı. Cəbhədəki əsgərlərimizin uğurlarına daha bir töhfə vermək zamanıdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp