“Səbail” klubunun sabiq futbolçusu Maykl Essyen cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub.

Futbolinfo.az xəbər verir ki, hazırda Danimarkanın “Nordsyelland” klubunda məşqçi kimi çalışan sabiq yarımmüdafiəçi “İnstagram” hesabından paylaşım edib.

Qana millisinin keçmiş üzvü “Pray for Azerbaijan” (“Dualarım Azərbaycan üçündür”), “Karabakh is Azerbaijan” (“Qarabağ” – Azərbaycandır”) yazılan Azərbaycan bayrağını paylaşıb.

Qeyd edək ki, Maykl Esyen “Səbail”ə 2019-cu ilin martında transfer olunub və 2019/20 mövsümünün sonunda komandadan ayrılıb.

718b90c2 8d18 3933 97ef ec4ccc5ee774 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp