Geridə qalan mövsümdə “Başakşəhər”lə Türkiyə çempionu olan, lakin bu yay azad agent statusu alan Gökhan İnlerin yeni klubu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bundan sonra TFF 1-ci liqa klubu “Adana Dəmirspor”un uğurları üçün çalışacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu yeni klubu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Gökhan 2017-ci ildən “Başakşəhər”də çıxış edirdi. O, daha öncə “Beşiktaş”, “Lester Siti”, “Napoli”, “Udineze”, “Sürix” və “Aarau” klublarında da forma geyinib.

Shares: