“Bavariya”nın yarımmüdafiəçisi Leroy Sane 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı müdafiəçinin diz bağlarında zədə aşkarlanıb. Baş məşqçi Hansi Flik klubun rəsmi saytına açıqlamasında oyunçunun ən azı qarşıdakı iki oyunda komandaya kömək edə bilməyəcəyini bəyan edib. Söhbət bu gün baş tutacaq Dortmund “Borussiya”sı ilə super kubok və “Herta” ilə Bundesliqa matçından (4 oktyabr) gedir.

Qeyd edək ki, Sane bu il “Mançester Siti”dən “Bavariya”ya keçib.

Shares: