Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Futbolinfo.az xəbər verir ki, rumın mütəxəssis 1992-ci ildən mövcud olan qrup mərhələsinə komanda çıxaran ən yaşlı baş məşqçi olub.

Ukrayna vitse-çempionunun çalışdırıcısı buna 75 yaşında imza atıb. Bunadək rekord Yupp Haynkesə məxsus idi. Alman mütəxəssis 2017/18 mövsümündə “Bavariya” ilə qrup mərhələsi həyəcanını 72 yaşında yaşayıb.

Qeyd edək ki, “Dinamo” 2016-cı ildən sonra ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp