Futbol üzrə İspaniya La Liqasında 4-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

“Vilyareal” öz meydanında “Alaves”i məğlub edərək xal hesabını 7-yə çatdırıb. “Valyadolid”lə görüşün taleyini bir qolla həll edən “Real” da eyni göstərici ilə liderlərə şərik çıxıb. “Atletiko” “Hueska” ilə matçda xal itkisi ilə üzləşib. Mövsümdə ilk qələbəsinə sevinən “Elçe” “Eybar”i bir qolla üstələyərək son pillədən qurtulub.

Bu tur keçirilməli olan “Osasuna” – “Qranada” matçı təxirə salınıb.

İspaniya La Liqası
4-cü tur
29 sentyabr

Real Sosyedad – Valensiya 0:1
Qol: M.Qomes, 75.

Xetafe – Betis 3:0
Qol: Anxel, 13; 42. Kuku, 39.

30 sentyabr

Hueska – Atletiko 0:0

Vilyarreal – Alaves 3:1
Qol: Alkaser, 13; 67. Moreno, 45-pen – Mendes, 36.

Eybar – Elçe 0:1
Qol: Boye, 37.

Real – Valyadolid 1:0
Qol: Vinisius, 65.

1 oktyabr

21:00 Atletik – Kadis
21:00 Sevilya – Levante
23:30 Selta – Barselona

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp