Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasında mübarizəni dayandıran Qurban Qurbanovun çalışdırdığı kollektiv Avropa Liqasında mübarizəyə pley-offdan başlayıb.
Ağdam təmsilçisi bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaq üçün Polşanın “Legiya” klubu ilə üz-üzə gəlib. Varşavada keçirilən oyunda qələbə qazanan tərəf qrupa vəsiqə qazanacaqdısa, məğlub tərəf avrokuboklarla vidalaşacaqdı. Uğurlu nəticə Ağdam klubuna nəsib olub. Rəqibini darmadağın edən Azərbaycan çempionu Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanıb.
Buna qədər bir dəfə Çempionlar Liqası, beş dəfə Avropa Liqasının qrupuna düşən “Qarabağ” ardıcıl 7-ci dəfə avrokubokların əsas mərhələsində oynayacaq.
Qeyd edək ki, qrup mərhələsinin püşkatması oktyabrın 2-də keçiriləcək.
Avropa Liqası
Pley-off
1 oktyabr
Legiya – Qarabağ 0:3
Qol: P.Andrade, 50. A.Zubir, 62. F.Ozobiç, 70.
Hakimlər: Tobias Stieler, Kristian Qittelmann, Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya).
Varşava. Ordu stadionu.
Legiya: 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 7. Domaqoy Antoliç, 9. Tomaş Pekhart, 11. Xoel Valensiya, 21. Rafael Lopes, 25. Filip Mladenoviç, 55. Artur Endjeyçik (k), 67. Bartoş Kapustka, 99. Bartoş Sliş.
Ehtiyat oyunçular: 33. Radoslav Çejnyak, 4. Mateuş Veteska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas.
Baş məşqçi: Çeslav Mixneviç.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.