Niderlandın “Ayaks” klubunun müdafiəçisi Serjinyo Dest karyerasını İspaniya təmsilçisi “Barselona”da davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 20 yaşlı futbolçu keçidin reallaşması üçün artıq Barselona şəhərindədir.

ABŞ millisinin üzvü tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Bu keçidin “Ayaks”a 20 milyon avro qazandıracağı qeyd olunur. Amsterdamlılar daha 5 milyon avronu bonus kimi əldə edə bilərlər. Sağ cinah oyunçusu yeni klubu ilə 5 illik saziş imzalayacaq.

Qeyd edək ki, Serjinyo Dest “Ayaks”ın öz yetirməsidir. O, Niderlandın Almere şəhərində dünyaya göz açsa da, ABŞ vətəndaşlığını daşıyır və bu ölkənin milli komandasının formasını daşıyır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp