Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi norveçli hücumçu Torqeyr Börveni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Norveçin “Rusenborq” klubundan transfer olunmuş futbolçuyla 2+1 illik müqavilə imzalanıb.

Börven karyerası ərzində ölkəsinin “Odd”, “Volerenqa”, “Brann”, həmçinin Niderlandın “Tvente” klublarının da formasını geyinib. 28 yaşlı futbolçu geridə qalan mövsümdə Norveç çempionatının bombardiri olub.

Shares: