Futbol üzrə Azərbaycan Birinci Divizionunda yeni mövsümün 1-ci turuna start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Turun açılış matçında Gəncə təmsilçisi “Kəpəz” səfərdə “Keşlə-2” ilə qarşılaşıb. Görüş, gəncəlilərin darmadağınıyla yekunlaşıb – 6:2. “Qarabağ-2” səfərdə “Sumqayıt-2″ni Daniel Romeronun son dəqiqələrdə vurduğu qolla məğlub edib. “Neftçi-2” isə “Sabah-2″dən üstün olub.
Tura sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.
Birinci Divizion
1-ci tur
1 oktyabr
Keşlə-2 – Kəpəz 2:6
Qol: Seymur Əsədov, 25. Nurlan Rzazadə, 90+2 – Tural Qürbətov, 24. Nodar Məmmədov, 42-pen. 58-pen. Ümid Səmədov, 74. Orxan Abdullayev, 89. Fərid Məmmədov, 90+4
Qırmızı vərəqə: Fərid Nadirov, 41 (“Keşlə-2”).
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Rəhman İmami, Tural Qurbanov
Sumqayıt-2 – Qarabağ-2 2:3
Qol: Nəbi Məmmədov, 3. Rüstəm Hümbətov, 71 – Nihad Tamazov, 31. Rauf Hüseynli, 51. Daniel Romero, 90+1
Qırmızı vərəqə: Nurlan Quliyev, 34 (“Sumqayıt-2”).
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Teymur Teymurov, Fərid Hacıyev
Neftçi-2 – Sabah-2 1:0
Qol: Emin Zamanov, 6.
Qırmızı vərəqə: Abbas Ağazadə, 58 (“Sabah-2”)
Hakimlər: İnqilab Məmmədov, Ruslan Quliyev, Səbuhi Əmrahov, Kamranbəy Rəhimov
2 oktyabr
13:00. Zaqatala – Turan Tovuz
15:00. Qaradağ Lökbatan – MOİK