21 yaşadək futbolçulardan ibarət Slovakiya milli komandasının baş məşqçisi Yaroslav Kentoş Azərbaycanın U-21 yığmasıyla qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, yerli federasiyanın mətbuat xidmətinə danışan Kentoş, Azərbaycan yığmasının heyətinin dəyişdiyini deyib:

“İlk oyundan fərqli görüş olacaq. Azərbaycan qrupda irəliləmək şansını itirib və komandanın heyətinin 70 faizi dəyişib. Bütün diqqətimiz Azərbaycanla oyundadır. Bundan sonra Fransa matçına baxacağıq. Fransa və İsveçrə qrupumuzun favoritləridir. Hardasa bərabər keyfiyyətli komanda olsalar da, fərdi baxımdan fransızların üstün olduğunu deyə bilərəm”.

Slovakiya oktyabrın 8-də Azərbaycanla, 12-də isə Fransayla qarşılaşacaq.

Shares: