İtaliyanın “Milan” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Norveçin “Bodo-Qlimt” klubundan Yens Petter Haugeni transfer edib.
Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Hauge “Milan”da “15” nömrəli formanı geyinəcək. A Seriyası təmsilçisi norveçli futbolçu üçün Norveç klubuna 5 milyon avro ödəyib. “Bodo Qlimt”in heyətində 117 oyun keçirmiş gənc futbolçu 35 qola imza atıb. O, həmçinin Norveçin aşağı yaş qrupları üzrə yığmalarına da cəlb olunub.