Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirə Bakı vaxtı ilə saat 15:00-da start verilib.

Avroliqada mübarizə aparan 48 komanda püşklə 12 qrupa bölünüb. Püşkatmada Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ”ın da rəqibləri bəlli olub. Ağdam klubu “Vilyarreal” (İspaniya), “Makkabi” (Tel-Aviv, İsrail) və “Sivasspor”a (Türkiyə) rəqib olub.

Qeyd edək ki, qrup mərhələsində 1-ci tur 22 oktyabr, 2-ci tur 29 oktyabr, 3-cü tur 5 noyabr, 4-cü tur 26 noyabr, 5-ci tur 3 dekabr, 6-cı tur 10 dekabrda keçiriləcək.

Avropa Liqası
Qrup mərhələsi

A qrupu
Roma (İtaliya)
Yanq Boyz (İsveçrə)
ÇFR (Rumıniya)
ÇSKA (Sofiya, Bolqarıstan)

B qrupu
Arsenal (İngiltərə)
Rapid (Vyana, Avstriya)
Molde (Norveç)
Dandalk (İrlandiya)

C qrupu
Bayer (Almaniya)
Slaviya (Praqa, Çexiya)
Hapoel (Beer-Şeva, İsrail)
Nitsa (Fransa)

D qrupu
Benfika (Portuqaliya)
Standard (Belçika)
Reyncers (Şotlandiya)
Lex (Polşa)

E qrupu
PSV (Niderland)
PAOK (Yunanıstan)
Qranada (İspaniya)
Omoniya (Cənubi Kipr)

F qrupu
Napoli (İtaliya)
Real Sosyedad (İspaniya)
Alkmaar (Niderland)
Riyeka (Xorvatiya)

G qrupu
Braqa (Portuqaliya)
Lester Siti (İngiltərə)
AEK (Yunanıstan)
Zarya (Ukrayna)

H qrupu
Seltik (Şotlandiya)
Sparta (Praqa, Çexiya)
Milan (İtaliya)
Lill (Fransa)

İ qrupu
Vilyarreal (İspaniya)
Qarabağ (Azərbaycan)
Makkabi (Tel-Aviv, İsrail)
Sivasspor (Türkiyə)

J qrupu
Tottenhem (İngiltərə)
Ludoqorets (Bolqarıstan)
LASK (Avstriya)
Antverpen (Belçika)

K qrupu
ÇSKA (Moskva, Rusiya)
Dinamo (Zaqreb, Xorvatiya)
Feyenord (Niderland)
Volfsberger (Avstriya)

L qrupu
Gent (Belçika)
Srvena Zvezda (Serbiya)
Hoffenhaym (Almaniya)
Slovan (Çexiya)

Shares: