Polşanın “Legiya” klubunun yarımmüdafiəçisi Joel Valensiya Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, doğma meydanda 0:3 hesabıyla məğlub olan və mübarizəni dayandıran Polşa klubunun ekvadorlu futbolçusu bunları söyləyib:

“Məğlubiyyətin səbəbini izah edə bilmirəm. Keyfiyyətli futbolçularımız var. Matça yaxşı hazırlaşmışdıq. Düzdür, son anda bəzi dəyişikliklər oldu. Amma heç nə uğursuzluğa haqq qazandıra bilməz. Məsuliyyəti öz üstümüzə götürməliyik. Baş düşməliyik ki, hər şeyi səhv etdik. Mübarizəyə davam etmək lazımdır.

Bəzi imkanlarımız oldu. Bunu ikinci hissədə də gördük. Amma buraxılan qoldan sonra başımızı qaldıra bilmədik. Yeni komandamız, baş məşqçimiz var. Amma bu da özünə haqq qazandırmaq kimi başa düşülməsin. Məğlubiyyətdə biz günahkarıq. İrəliyə baxmalı və öz gücümüzə inanmalıyıq”.

Shares: