Cəbhə xəttində gərginlik davam edir.
Düşmən Ermənistan ərazisindən Şəmkirin Sabirkənd, işğal olunmuş ərazilərimizdən isə Ağdamın Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən digər məlumata görə, Ermənistan silahlı qüvvələri Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam yaşayış məntəqələrini raket atəşinə tutur.