“Zirə” ilə yollarını ayıran Anastasios Papazoqlu karyerasını ölkəsində – Yunanıstanda davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçi 2-ci liqa təmsilçisi “Ksanti”yə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Anastasiosla imzalanan müqavilənin detalları məlum deyil.
Yunanıstanlı müdafiəçi 2019/20 mövsümünü “Zirə”də keçirib.