UEFA Millətlərlər Liqasında qrup mərhələsinin 3-cü turu çərçivəsində Monteneqro, 4-cü turda isə Kiprlə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Canni De Byazi siyahıya 25 futbolçu daxil edib.
Heyətdə yeni futbolçular da yer alıb. Belə ki, “Sumqayıt”ın qapıçısı Aydın Bayramov və hücumçusu Əli Qurbani ilk dəfə yığmaya çağırılıblar. Qurbani hazırda 4 qolla Premyer Liqanın ən sərrast hücumçusudur.
Sözügedən oyunlara hazırlıq məqsədilə yığmanın təlim-məşq toplanışı oktyabrın 4-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da Podqoritsa şəhərində Monteneqronun qonağı olacaq. Komanda 3 gün sonra Bakı Olimpiya Stadionunda Kipri qəbul edəcək.
Emil Balayev (Qarabağ)
Şahruddin Məhəmmədəliyev (Qarabağ)
Aydın Bayramov (Sumqayıt)
Maksim Medvedev (Qarabağ)
Azər Salahlı (Keşlə)
Bədavi Hüseynov (Qarabağ)
Abbas Hüseynov (Qarabağ)
Anton Krivotsyuk (Neftçi)
Təmkin Xəlilzadə (Sabah)
Amin Seydiyev (Sabah)
Bəhlul Mustafazadə (Sabah)
Elvin Bədəlov (Sumqayıt)
Şəhriyar Əliyev (Keşlə)
Vüqar Mustafayev (Sumqayıt)
Qara Qarayev (Qarabağ)
İsmayıl İbrahimli (Qarabağ)
Coşqun Diniyev (Sabah)
Rəhman Hacıyev (Keşlə)
Rəhim Sadıxov (Sumqayıt)
Elvin Camalov (Zirə)
Namiq Ələsgərov (Neftçi)
Mahir Emreli (Qarabağ)
Araz Abdullayev (Boluspor, Türkiyə)
Ramil Şeydayev (Sabah)
Əli Qurbani (Sumqayıt)