Futbol üzrə Kipr milli komandasının UEFA Millətlər Liqasında Lüksemburq və Azərbaycanla qarşılaşacağı oyunlar üçün heyəti açıqlanıb.
Futbolinfo.az Kipr Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın çalışdırıcısı Yohan Valem 26 futbolçuya dəvət göndərib.
Kipr millisi Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Lüksemburqla evdə, 13-də isə Bakıda Azərbaycanla qarşılaşacaq.
Qapıçılar: Neofitos Mixael “(“Olimpiakos”, Nikosiya), Xaralambos Kiriakides (“Omoniya”), Dimitris Dimitriou (“Apollon”) ;
Müdafiəçilər: Konstantinos Laifis (“Standard Lyej”, Belçika), Nikolas İoannu (“Nottingem Forest”, İngiltərə), Xaris Kiriaku (AEL Limassol), Kipros Kristoforu (“Nea Salamina”), Minas Antoniu (AEL Limassol), Xristos Uiler (APOEL), Andreas Karo (“Salernitana”, İtaliya), Kristos Sielis (APOEL);
Yarımmüdafiəçilər: Xaralambos Kiriaku (“Apollon”), İoannis Kusulos (“Omoniya”), Aleksander Qogiç (“Hibernian”, Şotlandiya), Matiya Spolyariç (AEK Larnaka), Fanos Katelapis (“Omoniya”), Kostakis Artimatas (“Anartosis”), Ioannis Kostis (“Olimpiakos”), Mixalis Ioannou (“Roda, Niderland), Qriqoris Kastanos (“Frosinone”, İtaliya);
Hücumçular: Pieros Sotiryu (“Astana, Qazaxıstan), İoannıs Pittas (“Apollon”), Marinos Tzionis (“Omoniya”), Loizos Loizu (“Omoniya”), Panayotis Zaxariu (“Pafos”), Andronikos Kakoullis (“Omoniya).