“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- İlk növbədə əsgərlərimizə uğurlar arzu edirəm. Hamımız əsgərik, hamımız döyüşə hazırıq. Bu gün komanda azmkar oyun göstərdi və qələbə qazandıq. Gələcək oyunlarda da belə davam edəcəyimizə inanıram. Qarşıda iki həftəlik vaxtımız var, çalışacağıq ondan istifadə edək.
- Heyətdə bəzi dəyişikliklər etdiz. Ola bilərmi ki, bu modeldən gələcək oyunlarda da istifadə edəsiz?
- Düzdür, Rəhman bu gün yaxşı təsir bağışladı. Qarşıdakı oyunlardan asılı olaraq rəqibə uyğun heyət quracağıq. (komanda.az)