“Qarabağ” UEFA Avropa Liqasının İ qrupunda qarşılaşacağı Türkiyənin “Sivaspor” klubuna müraciət edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin “Facebook” səhifəsində paylaşım edilib.
Paylaşımda “Can Türkiyəyə gəlməyimizi səbirsizliklə gözləyirik” yazılıb.
“Sivasspor”un Ağdam klubunun bu paylaşımına cavabı gecikməyib. Super Liqa təmsilçisi “Twitter” səhifəsində Azərbaycan və Türkiyə bayraqlarını paylaşıb. Fotonun üzərində isə bu sözlər yazılıb: “Qarabağ” FK, can qardaşlarımız, sizi Sivasda qonaq etməyi səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, “Qarabağ” “Sivaspor”la yanaşı, İsrailin “Makkabi” və İspaniyanın “Vilyarreal” klubları ilə eyni qrupda mübarizə aparacaq.