Türkiyəli veteran futbolçu Ali Cansun Xalqların Demokratik Partiyasının (HDP) erməni deputatı Qaro Paylanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribatçı fikirlərinə cavab verib.

Fubolinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən “Neftçi”nin sabiq hücumçusu millət vəkilini terrora dəstək verməkdə günahlandırıb.

“Yəqin, bu da sizin taleyinizə yazılıb ki, hər zaman terrorun və terroçunun yanında olacaqsınız. Sənin qavrayış tərzini yesinlər. Azərbaycan erməni terrorçuları tərəfindən soyqırımına məruz qalmış və torpaqları işğal olunmuş ölkədir. Həmin ərazilər geri alınacaq”.

Paylan hər iki ölkənin mülki vətəndaşları hədəf seçdiyini bildirərək, onların atəşkəsə əməl etməli olduqlarını vurğulayıb.

Qeyd edək ki, Ali Cansun 2008/2009 mövsümündə “Neftçi”də çıxış edib.

Shares: