Futbol üzrə Gürcüstan çempionatında 13-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Telavi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Nicat bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 4 qola imza atan Qurbanovun adı bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.

13 turdan sonra hesabında 13 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Shares: