Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Dadaşovun komandası pley-off mərhələsinin 1/4 finalında səfərdə “Reno” ilə qarşılaşıb.
Əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Finiks Rayzinq” yarımfinal mərhələsinə yüksəlib – 5:4.
Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, sona qədər oyunda qalıb. O, 5-ci penaltini dəqiq yerinə yetirib.
“Finiks Rayzinq” pley-off mərhələsinin yarımfinalında “El Paso” ilə qarşılaşacaq.