“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” klubu İspaniya La Liqasında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi kollektiv 6-cı tur çərçivəsində “Valensiya” ilə qarşılaşıb.
Görüş “Vilyarreal”ın 2:1 hesablı qələbəsiylə başa çatıb. “Vilyarreal”ın qollarına Pako Alkaser və Dani Parexo imza atıb.
“Vilyarreal” hazırda 11 xalla liderdir.
“Qarabağ” Avropa Liqasının İ qrupunda “Vilyarreal”, “Sivasspor” (Türkiyə) və “Makkabi” (Tel-Əviv, İsrail) ilə mübarizə aparacaq.