Futbol üzrə Almaniya Bundesliqasında 4-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Köln” “Ayntraxt”ı, “Şalke” isə “Union”u qəbul edib. Hər iki oyunda tərəflər hərəyə 1 qolla 1 xalla razılaşıblar.

Almaniya Bundesliqası
4-cü tur
17 oktyabr

Auqsburq – Leyptsiq 0:2
Qol: Anxelinyo, 45. Poulsen, 66.

Frayburq – Verder 1:1
Qol: Linhart, 16 – Fullkruq, 25.

Herta – Ştutqart 0:2
Qol: Kempf, 9. Kastro, 68.

Hoffenhaym – Borussiya (Dortmund) 0:1
Qol: Roys, 76.

Maynts – Bayer 0:1
Qol: Alario, 30.

Arminiya – Bavariya 1:4
Qol: Doan, 58 – Müller, 8; 51. Levandovski, 26; 45+1.

Borussiya (Münhenqladbax) – Volfsburq 1:1
Qol: Hofmann, 78 – Veqorst, 85.

18 oktyabr

Köln – Ayntraxt 1:1
Qol: Duda, 52 – A.Silva, 45+2-pen.

Şalke – Union 1:1
Qol: Pasiensia, 69 – Fridrix, 55.

Shares: