Azərbaycan Premyer Liqasının lideri olan “Sumqayıt” klub tarixinin rekorduna imza atıb. Belə ki, “gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdi. Bu da 2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur.

Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamamışdı. “Sumqayıt” bunadək startdakı 6 turda 2018/19 mövsümündə 10, 2014/15 mövsümündə 9 xal qazanıb.

Shares: