UEFA Avropa Liqasında I qrupunun ilk turunda İsraildə “Makkabi” (Təl-Əviv) ilə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib. Komanda matçdan 1 gün öncə – oktyabrın 21-də Bakı vaxtı ilə saat 11:00-da Təl-Əvivə yola düşəcək.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, klub səfərə tam heyətlə yollanacaq: “Hazırda Mahir Emreli fərdi reabilitasiya keçir, komanda ilə məşqlərə qoşulmayıb. Onun meydana çıxıb-çıxmayacağı sual altındadır. Amma komanda ilə birlikdə İsrailə yollanacaq”.
Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdəki “Blumfild” stadionunda baş tutacaq “Makkabi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.