Azərbaycan millisinin sabiq futbolçusu Əli Babayev klubunu dəyişməyə hazırlaşır. 30 yaşlı yarımmüdafiəçi Petah-Tikva “Makkabi”sindən ayrılmaq qərarına gəlib.
Buna səbəb “Sumqayıt”ın sabiq yarımmüdafiəçisinin maaşının azaldılmasıdır. Rəhbərliyin qərarına qarşı çıxan yeganə futbolçu olan Babayevin tezliklə “Makkabi”dən ayrılması gözlənilir.
Qeyd edək ki, Əli keçən il Litva millisi ilə Bakıdakı yoldaşlıq görüşündə yığmamızda debütünü reallaşdırıb. O, “Sumqayıt”dan məhz daha çox qazanmaq arzusu ilə ayrılmış, uzun müddət yeni klub tapmaqda çətinlik çəkmişdi.