Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sivasspor” itki ilə üzləşib. Komandanın yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Superliqanın 5-ci turunun “Kayserispor”la səfər oyununda (3:1) zədələnib.
Topuğundan xəsarət alan 27 yaşlı futbolçunun bir ay meydana çıxa bilməyəcəyi qeyd olunub. Bu isə o deməkdir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda noyabrın 5-də “Qarabağ”la keçiriləcək görüşü buraxacaq.
Qeyd edək ki, “Sivasspor”un myedanında keçiriləcək oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq.