“Neftçi”nin konqolu futbolçusu Prins İbara koronavirusa yoluxub. 24 yaşlı hücumçudan götürülən test nümunələrinin cavabları müsbət çıxıb (africatopsports.com).

Oyunçunun milli komandanın düşərgəsində COVİD-19-a yoluxduğu bildirilir. Bu üzdən o, vətənində qalıb və yalnız testi neqativ çıxdıqdan sonra Azərbaycana qayıdacaq.

Qeyd edək ki, İbara bu ildən “Neftçi”də oynayır.

Shares: