“Atletiko”nun futbolçusu Dieqo Kosta zədələnib. 32 yaşlı hücumçu La Liqanın 5-ci turunda “Selta” ilə səfər matçında (2:0) əzələsindən xəsarət alıb. Onun ən az 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Bununla da Kostanın Çempionlar Liqasının qrup mərhələsində “Bavariya”, “Zalsburq” və Moskva “Lokomotiv”i, La Liqada isə “Betis”, “Osasuna” və “Kadis”lə oyunları buraxacağı məlum olub.
Qeyd edək ki, Kosta bu mövsüm La Liqada 4 oyuna çıxıb və 1 qol vurub.