“Milan” 4 il idi ki, derbini qazana bilmirdi. İki həftə evdə qaldım və oynamaq üçün səbirsizlənirdim. Nə olur olsun, bu oyuna çıxmalı idim” – bu sözləri “Milan”ın futbolçusu Zlatan İbrahimoviç A Seriyasının 4-cü turunda “İnter”ə qalib gəldikləri oyunu (2:1) şərh edərkən deyib.

Derbidə dubl edərək komandasına qələbə qazandıran 39 yaşlı hücumçu İtaliya mətbuatına açıqlamasında “Milan”ın futbolçularına nümunə olduğunu bildirib: “Komandanın ən yaşlı futbolçusuyam, daha çox məsuliyyət hiss edirəm. Bu hissi sevirəm, çünki bütün futbolçular məndən nümunə götürür”.

Xatırladaq ki, İbrahimoviç koronavirusa yoluxduğu üçün bir müddət yaşıl meydanlardan kənarda qalmışdı.

Shares: