Almaniya, Belçika və Niderland 2027-ci ildə qadınlar arasında keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir. Almaniya Futbol İttifaqının rəsmi saytına inansaq, 3 ölkə yarışı birgə təşkil etmək məqsədilə təklif irəli sürmək qərarına gəlib. Onlar FIFA və UEFA-ya müraciət etmək istədiklərini bildiriblər.

Qeyd edək ki, Almaniya daha əvvəl 2011-ci ildə qadınlar arası dünya çempionatına, Niderland isə Avropa çempionatına (2017) ev sahibliyi edib.

Shares: