İngiltərə Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, mövsümün ilk 5 turu yüksək məhsuldarlıqla yadda qalıb.

İndiyədək keçirilən 46 matçda 171 qol vurulub. Bu da hər oyuna orta hesabla 3,72 qol deməkdir. Bu, Premyer Liqa tarixinin ən yaxşı göstəricisidir.

Ümumilikdə, İngiltərə çempionatları tarixində 60 il əvvəl daha yaxşı göstərici qeydə alınıb. Həmin vaxt orta göstərici 3,73-ə bərabər olub.

Shares: