“Tottenhem” amerikalı müdafiəçisi Kameron Karter-Vikersi icarəyə göndərib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi 22 yaşlı mərkəz müdafiəçisini “Bornmut”a icarəyə verib.

ABŞ yığmasının da üzvü olan futbolçu mövsümün sonuna qədər Çempionşip klubunun uğurları üçün çalışacaq.

Karter-Vikers “Tottenhem”in öz yetirməsidir. O, daha öncə “Şeffild Yunayted”, “İpsviç”, “Suonsi Siti”, “Stok Siti” və “Luton”da da icarədə olub.

Shares: