Türkiyənin “Ərzurumspor” klubunun prezidenti Hüseyin Üneş koronavirusa yoluxub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə klub prezidentindən götürülmüş sonuncu koronavirus testinin müsbət nəticə verdiyi diqqətə çatdırılıb. Karantində olan Hüseyin Üneş hazırda həkim nəzarəti altındadır.