Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” oyununa təyinatlar açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, UEFA bu görüşü Şotlandiyadan olan hakimlər briqadasına həvalə edib.

Qarşılaşmanın baş hakimi Con Biton olacaq. Ona yan xətt hakimləri Frensis Konnor və Daniel Makfarlan kömək edəcəksə, dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.

Hakimlərin işinə serb Milan Karaciç qiymət verəcək. UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviç olacaq.

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Shares: