Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Səbail” – “Keşlə” oyununda “Səbail”in futbolçusu Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Neftçi” – “Sabah” oyununda “Neftçi”nin futbolçusu Mamadu Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Zirə”nin futbolçusu Kərim Diniyev oyunun 90+3-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydanan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Shares: