Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci dövrə start götürəcək.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ” 8-ci turun matçını evdə keçirəcək.
“Qırmızı-qaralar” öz meydanında “Sabah”la görüşəcək. Qəbələ şəhər stadionundakı matç rəqiblərin 13-cü matçı olacaq. İlk duelləri 2 il öncəyə təsadüf edən komandalar indiyədək 12 dəfə üz-üzə gəlib. Səkkiz dəfə Premyer Liqada, dörd dəfə Azərbaycan kubokunda görüşən rəqiblərin duellərində üstünlük “Qəbələ”nin tərəfindədir. 7 dəfə qələbə qazanan “qırmızı-qaralar” 1 oyunda heç-heçə edib və 4 matçda uduzub. Rəqib qapısından 15 top keçirən əyalət futbolçuları 12 qol buraxıb. “Qəbələ”nin bu oyunlardakı ən yaxşı bombardirlər Davit Volkovla Klesio Baukdur. Onlar hərəyə 3 qol vurublar.
Premyer Liqadakı oyunlarda bakılılar 4, qəbələlilər 3 dəfə üç xala sevinib. Bir dəfə isə sülh qeydə alınıb. Top fərqi də paytaxt təmsilçisinin xeyrinədir – 10:7. Öz meydanında 3 qələbə və 1 heç-heçəsi olan “Qəbələ” yalnız 1 matçda məğlub olub. Bu komandanın ev oyunlarındakı üstünlüyü top fərqində də əksini tapıb – 8:6.
Xatırladaq ki, oktyabrın 31-də keçiriləcək “Qəbələ” – “Sabah” oyunu saat 14:00-da başlayacaq.