İsveçrə məhkəməsi korrupsiyada ittiham olunan Fransanın PSJ klubunun prezidenti və “beIN Media Group”un rəhbəri Nasser Əl-Xelaifi ilə bağlı yekun qərarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, məhkəmə Əl-Xelaifinin bəraət alması ilə bağlı qərar verib.

PSJ-nin prezidenti dünya çempionatları matçlarının yayım hüquqlarının alınması üçün FIFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verməkdə ittiham olunurdu.

Qeyd edək ki, Əl-Xelaifi 2013-cü ildən media holdinqin rəhbəridir. O, 2011-ci ildən PSJ-nin rəhbəri, Qətər Tennis Federasiyasının prezidenti, Asiya Tennis Federasiyasının vitse-prezidenti vəzifələrində çalışır.

Shares: